AMECO MMC-nin Uyğunluq Siyasəti
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, AMECO Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Şirkət” adlandırılacaq) aşağıdakı Uyğunluq Siyasətini qəbul etmişdir. Uyğunluq Siyasətinin məqsədi maliyyə bazarının düzgünlüyünü qorumaq məqsədilə dürüstlüyü, etik davranışı təşviq etmək və qanunlara, normalara, qaydalara və peşəkar standartlara əməl olunmasını təmin etməkdir.
İşçilər hər zaman onlara tapşırılmış vəzifələri səylə, səmərəli şəkildə və əllərindən gələni etməklə yerinə yetirməlidirlər. Onlar şirkətə qarşı loyal olmalıdır dürüst, müstəqil, qərəzsiz şəkildə, diqqətlə və öz maraqlarını güdmədən fəaliyyət göstərməlidir.
1. ƏHATƏ DAİRƏSİ
Şirkətin direktoru tərəfindən təsdiqlənmiş bu siyasət məhdudiyyətsiz olaraq şirkətin bütün əməkdaşlarına və şirkət adından fəaliyyət göstərən bütün xidmət təminatçılarına (bundan sonra “işçilər” adlandırılacaq) şamil olunur.
2. SİYASƏTİN ŞƏRHİ
I. Uyğunluq funksiyası
Şirkətin direktoru Uyğunluq siyasətinin icrasına nəzarət edir. Uyğunluq Siyasətinin nəzarət üsulları və onun əhatə dairəsinin məhdudiyyətləri vaxt keçdikcə, vəziyyətdən, təşkilatdan və şirkət fəaliyyətləri üçün səciyyəvi olan risklərdən asılı olaraq təkmilləşdiriləcək.
Uyğunluq siyasəti müstəqil şəkildə fəaliyyət göstərir və xüsusən də:
a) Bütün müvafiq qanunlara, normalara, qaydalara və peşəkar standartlara uyğunluğu təmin edir;
b) Etik qaydalara əməl olunmasının təmin edilməsində yüksək rəhbərliyə köməklik edir;
c) Aşağıda təsvir olunduğu kimi uyğunluqla bağlı riskləri müəyyənləşdirir və qiymətləndirir;
d) Bu cür risklərin idarə olunmasında və onlara nəzarət edilməsində yüksək rəhbərliyə köməklik edir;
e) Əhəmiyyətli məsələləri birbaşa olaraq yüksək rəhbərliyə məruzə edir.
II. Uyğunluqla bağlı risklər
Uyğunluq siyasəti riskləri şirkətin qlobal məqsədlərində nəzərdə tutulmuş məqbul səviyyəyə qədər məhdudlaşdırmaq məqsədilə qərarlaşdırılmış bütün tədbirləri, fəaliyyətləri və variantları özündə ehtiva etməlidir.
Uyğunluqla bağlı əsas risklər aşağıdakı kimi müəyyənləşdirilib:
a) Etik davranış qaydalarının pozulması riski
Şirkət yaxud onun işçisi tərəfindən etik davranış qaydalarının pozulması riskinə aid edilir.
b) Hüquqi və Normativ risklər
Bu, qüvvədə olan qanunlara, normalara və qaydalara əməl olunmaması riskinə aid edilir. Buraya aşağıdakılar daxildir:
-Məhkəmə çəkişməsi üzrə risk: bu risk hüquqi aktın nəticəsi ilə əlaqəlidir
-Müqavilə/sövdələşmə riski: bu risk müqaviləyə yaxud sövdələşməyə müvafiq olan hüquqi normaların yanlış təfsir edilməsinə yaxud onlara əməl edilməməsinə aid edilən risklərdir
-Qanunvericiliklə bağlı risk: bu risk, qanun və normalarda edilən dəyişikliklərlə bağlıdır.
c) Sanksiyalar Riski
Bu aşağıdakılardan ibarətdir:
Qanunlara, normativlərə, qaydalara normalara və/və ya müqavilə sazişlərinə riayət edilməməsi nəticəsində meydana çıxan məhkəmə, inzibati yaxud nizam-intizam sanksiyaları.
e) Nüfuzla bağlı risk
Bu riskə aid edilir:
Düzgün yaxud yanlış mənfi təbliğat, biznes praktikalarında qüsurlar və cari qanunlara və normalara riayət olunmaması nəticəsində şirkət məşhurluğunun azalması və nüfuzuna xələl dəyməsi ilə bağlı risk.
II. Uyğunluq Prinsipləri
İşçilərdən aşağıdakı prinsipləri qəbul etməsi və onlara əməl etməsi tələb olunur:
-
İşgüzar fəaliyyətin və peşəkar etik davranışın nümayiş etdirilməsi və təşviq olunması
İşçilərdən öz peşə vəzifələrini “yaxşı vətəndaş davranışına” uyğun şəkildə yerinə yetirmək və şirkətin etika qaydalarına əməl etmək (o cümlədən bütün fərdlərin ona əməl etməsi də daxil olmaqla) tələb olunur. Şirkət qanunsuz yaxud qeyri-etik işgüzar praktikalar vasitəsilə üstünlük əldə etməyə çalışmamalıdır. Bundan əlavə, bütün işçilərdən şirkətin dürüstlüyə dair müştərək dəyərini nümayiş etdirmək gözlənilir. Şirkətin siyasətlərinin və praktikalarının istiqamətini və xarakterini dürüstlüyə dair müştərək dəyərə uyğun qaydada nizamlamağa görə son cavabdehliyi şirkət direktoru daşıyır.
İşçilər öz vəzifələrini vicdanla, xoş məramla və dürüst şəkildə yerinə yetirməli və eləcədə lazımi diqqət, səriştə, qayğı və səy göstərərək, hər zaman ən yaxşı müstəqil mühakimə yürütməkdə əllərindən gələni etməlidirlər.
2. Qanunlara, normalara, qaydalara və peşə standartlarına əməl olunması:
Şirkət qüvvədə olan qanunlar, normalar, qaydalar, peşə standartları və Siemens İşgüzar davranış qaydaları barədə işçiləri hər zaman ən son məlumatlarla təmin etməyi öhdəsinə götürür. Bu tələbə cavab vermək üçün müvafiq təlimlərin təşkil edilməsinə cavabdehdir.
Qanunların, normaların, qaydaların, peşə standartlarının hər hansı pozuntusu halı dərhal məruzə edilməlidir.
3. Maraqların hər hansı toqquşmasına yol:
İşçilərdən öz işləri ərzində maraqların hər hansı şəkildə toqquşmasına yol verməmək tələb olunur. Onlar öz işgüzar fəaliyyəti ilə bağlı şirkətin qərar vermə prosesində iştirak etdikdə yaxud şirkətin qərar vermə prosesinə cəlb olunduqda, işçilər şəxsi mühakimələri əsasında üçüncü tərəflərə hər hansı üstünlük vermədən şirkət və yalnız onun rəhbərliyinin maraqlarına ən yaxşı cavab verəcək şəkildə fəaliyyət göstərməlidirlər.
Rəhbərlik təmin edir ki, struktur bölmələrin ciddi surətdə ayrılmasına əməl olunsun və şəxsi hesabı olan sövdələşmələr ilə üçüncü tərəfin sövdələşmələri arasındakı təcridi təmin etmək üçün lazımi tədbirlər görülsün.
Daxili məlumatın qanunsuz ötürülməsinə yol verməmək məqsədilə, işçilərə yüksək rəhbərliyin müəyyənləşdirdiyi “Çin səddi”nə əməl etmək öhdəlikləri xatırladılır. Onlar öz işgüzar fəaliyyətlərini elə tərzdə yerinə yetirməlidirlər ki, onların özəl yaxud şəxsi maraqları şirkətin maraqları ilə toqquşmasın, o cümlədən şəxsi, maliyyə yaxud digər mənfəət ilə bağlı mübahisələrə yol verilməsin. Mübahisələr meydana çıxdığında yaxud meydana çıxacağı hesab edildikdə, bu barədə məlumat nəzarət edənə müvafiq qaydada açıqlanmalıdır və məlumatı açıqlayan İşçi maraqların toqquşmasına səbəb olan hər hansı qərarda yaxud tədbirdə iştirak etməməlidir.
4. Məxfiliyin qorunması üçün bütün məqsədəuyğun tədbirlərin görülməsi:
Şirkət daxilində öz funksiyalarını yerinə yetirən zaman, işçilər çox vaxt şirkət, onun müştəriləri, onun təchizatçıları haqqında məxfi məlumatlar alırlar. İşçiləri yüksək rəhbərlik tərəfindən müəyyənləşdirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində onlara bu cür etibar edilmiş bütün məlumatların məxfiliyini qoruyub saxlamalıdır (onların açıqlanması qanunla icazə verildiyi yaxud tələb olunduğu hallar istisna olmaqla).
Şirkətin məxfi yaxud şəxsi məlumatları açıqlandığı təqdirdə şirkətə ziyan vuracaq və ya rəqibləri üçün yararlı ola biləcək hər hansı daxili məlumatlar daxildir.
Şirkəttən işdən çıxan işçilərində bu cür məlumatı məxfi saxlamaq öhdəliyi davam edir.
5. Sifarişçinin maraqlarının qorunması:
İşçilər müştərilərin maraqlarına ən yaxşı cavab verəcək şəkildə xidmət göstərməlidirlər. Şirkət həmişə öz müştəriləri qarşısında lazımi diqqət, dürüstlük və etibarlılıq nümayiş etdirmək öhdəliyi daşıyır.
İşçilər öz peşəkar mühakimələrinə və obyektivliyinə xələl gətirən yaxud xələl gətirmək riski daşıyan, müştəri xidmətləri ilə bağlı hər hansı təsirdən, maraqdan yaxud münasibətlərdən azad olurlar.
Şirkət qarşısında öz cavabdehliklərini yerinə yetirərkən, işçilər şirkətin müştəriləri, xidmət təminatçıları, təchizatçıları, rəqibləri və hər hansı digər şirkətlər ilə ədalətli davranmalıdırlar və manipulyasiya etməklə, faktları gizlətməklə, xidməti məlumatlardan istifadə etməklə və ya hər hansı ədalətsiz sövdələşmə praktikası vasitəsilə kimisə aldatmamalıdırlar.
Biz Siemens Healthineers şirkətinin Uyğunluq Siyasətini tam olaraq qəbul edirik və dəstəkləyirik.